Qırmızı.az
Dövlət Dəmir yolu Liseyində korrupsiya, nazirlik araşdırmaya başlayıb
Dövlət Dəmir yolu Liseyində şagirdlərin qəbul edilməsi üçün 1000-1500 manat civarında rüşvət tələb edilib. Adının çəkilməsini istəməyən valideynin verdiyi məlumata görə, pulu onlardan Dövlət Dəmir Yolu Liseyində tərbiyə işləri üzrə direktor müavini Sevil Məmmədova istəyib.
“Əvvəl 1300 manat istədi, imkanımız olmadığını deyəndən sonra 1000 manata endirdi. Lakin sonra valideynlər hamısı şikayət etdi. Ondan sonra pul almadılar, hətta valideynlərdən aldıqları pulu geri qaytarmağa başladılar”.
Rüşvət almaqda ittiham edilən Sevil Məmmədova deyilənləri qəbul etmədi.
“Belə faktlar yoxdur, yanlış məlumatdır. Valideynlərin Təhsil Nazirliyinə şikayət etməsindən sonra pulların geri qaytarılması yalandır. Biz nə pul almışıq, nə də geri qaytarmışıq”.
Direktor müavini liseyə qəbulun müsabiqə və şəhadətnamə qiymətlərinə uyğun aparıldığını dedi. O, əvvəlcə şagird qəbulunun tam başa çatdığını bildirdi. Nə qədər şagirdin qəbul olması sualına cavabında, hələ sayın dəqiq bəlli olmadığını dedi.
“Qəbul olan şagirdlərin dəqiq sayı bəlli deyil. Çünki sənədlər tam yoxdur, ona görə də bu rəqəmi verə bilmərəm”.
Maraqlıdır, qanuni müsabiqə yolu ilə aparılan qəbul prosesi başa çatıbsa, o zaman şagirdlərin sayı nə üçün bəlli olmamalıdır? Nəzərə alaq ki, artıq yeni tədris ili başlanıb.
Məsələ ilə əlaqədar Təhsil Nazirliyinə müraciət göndərdik. Nazirlikdən məsələnin araşdırılacağını bildirdilər.
Bu arada Təhsil Nazirliyi kolleclərdə korrupsiya faktlarının araşdırılması üçün TQDK ilə birgə işçi komissiya yaradılması ilə bağlı məlumat yayıb.
Bu məlumat da bir daha Təhsil Nazirliyinin bu cür faktlara qarşı diqqəti daha da artırdığını göstərir.
Nazirliyin İnformasiya şöbəsinə ünvanladığımız sorğuya cavabda məsələnin araşdırıldığı bildirilib.
“Bununla bağlı Təhsil Nazirliyinə müraciət daxil olub və araşdırma aparılır. Yaxın günlərdə araşdırmanın nəticələri ilə bağlı məlumat veriləcək”.
Gülxar
-
Magazin121:36
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
-
Yaxın Şərq21:24
Netanyahu Nəsrullahın iki varisinin məhv edildiyini ELAN ETDİ
-
Magazin121:00
Zümrüd ayda bu qədər QAZANIR
-
Hadisə20:24
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Sosial19:50
Süni ağardılan qənd, saxta düyü - Partlayış baş verən "Bolluq" MMC ilə bağlı SENSASİON İDDİALAR
-
Rəsmi xronika19:41
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - YENİLƏNDİ
-
Sosial19:36
Deputatın təsis etdiyi şirkət AzTV-yə sendviç satacaq - TƏFƏRRÜAT
-
Sosial19:12
İki yaşlı Nəzrin masaj zamanı ağrının şokundan ÖLÜBMÜŞ