Qırmızı.az
Miqrasiya Xidməti otel sahibləri ilə görüş keçirdi
Dövlət Miqrasiya Xidmətində ölkəmizdə fəaliyyət göstərən mehmanxana nümayəndələri ilə görüş keçirilib
Bu gün Dövlət Miqrasiya Xidmətində ölkəmizdə fəaliyyət göstərən mehmanxana nümayəndələri ilə görüş keçirilib. Publika.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil olunmuş görüşdə Bakı şəhərində fəaliyyət göstərən 60-dan çox mehmanxana nümayəndəsi iştirak edib.
Görüşdə ölkəmizə təşrif buyuran əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına gəldiyi vaxtdan 3 gün ərzində Dövlət Miqrasiya Xidmətində olduğu yer üzrə qeydiyyata düşməsi prosedurları ilə bağlı məlumatlar diqqətə çatdırılıb.
Bildirilib ki, qanunvericiliyə görə əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi qəbul edən tərəf - mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana yaxud başqa belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun və ya digər sərhədkeçmə sənədinin surətini DMX-nın internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq ərazi üzrə regional miqrasiya idarəsinə təqdim etməlidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada müraciət edə bilərlər.
Görüşdə bir fikir xüsusi vurğulanıb ki, xarici qonaqların, əsasən də turistlərin qalmaq üçün seçdiyi mehmanxanaların müdriyyəti qanunvericiliklə müəyyən olunmuş qaydada onların olduğu yer üzrə qeydiyyatlarının təmin edilməsi işinə daha da məsuliyyətlə yanaşmalıdır. Sonda mehmanxana nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Gülnar Əliyeva
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...