Qırmızı.az
Hər gün 2 mindən çox adam işini "ASAN"laşdırır
ASAN Xidmətə hər gün 2 mindən çox adam müraciət edir. Hazırda ölkə üzrə ASAN Xidmət mərkəzlərinin sayı 6-dır. Son 20 ay ərzində 3 milyon nəfər ASAN xidmətdən istifadə edib.
Publika.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri İnam Kərimov "İnsan Hüquqları və Qabaqcıl İdarəetmə Kontekstində Dövlət xidmətinin göstərilməsi" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Məqsəd dövlət xidmətlərinin göstərilməsi zamanı qabaqcıl modellərin müzakirəsi, xüsusən də "ASAN xidmət" təcrübəsinin öyrənilməsidir.
Azərbaycanda "ASAN xidmət"in yaradılması və onun vətəndaşlara xidmət göstərilməsində rolu barədə geniş məlumat verən İ.Kərimov qeyd edib ki, şəffaflıq bu xidmətin işində əsas prinsipidir. Onun fikrincə, bu sistem Azərbaycan cəmiyyətində dövlət qurumları tərəfindən vətəndaşlara xidmət sahəsində yeni mühit yaradıb. Şəffaflıq, korrupsiyaya qarşı mübarizə, vətəndaşlara səmərəli xidmət göstərilməsi insanlar tərəfindən müsbət qarşılanır.
Agentlik rəhbəri bildirib ki, hazırda Azərbaycan qabaqcıl təcrübədən çıxış edərək vətəndaşlara daha yaxşı dövlət qulluğu göstərməyə çalışır.
İ.Kərimov dövlət qulluğu göstərən qurumların beynəlxalq assosiasiyasının yaradılmasını təklif edib. Onun fikrincə, bu sahədə beynəlxalq təcrübə mübadiləsi aparmaqla daha çox uğur əldə etmək olar.
Gulnar
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər - VİDEO