Qırmızı.az
Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabı müzakirə edilib
Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsinə həsr edilmiş tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib
ki, “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı bu günlərdə
Moskvada rus dilində çap olunub.
Ə. Həsənov bildirib ki, həm R.Mehdiyev, həm də Baş nazir Artur
Rasi-zadə çox dəyərli şəxslərdir, Heydər Əliyev təcrübəsindən
bəhrələniblər.
Onun sözlərinə görə, R.Mehdiyev son 20 ildə onlarla kitab nəşr etdirib və Prezident Administrasiyasındakı işi ilə bərabər hazırda elmi fəaliyyətini davam etdirir: “Bu, elmi-tədqiqat əsəridir. Ramiz Mehdiyevin yazdığı kitablardan 3-ü sırf Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilib. Ramiz Mehdiyev Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş kitablar yazıb. Bütün bunlar tarixdir və gələcək nəsillər bu kitablardan bəhrələnəcəklər”.
Ə. Həsənov qeyd edib ki, ermənilərə uduzmağımızın səbəblərindən
biri tariximizi yazmamaq olub: “Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra tapşırıq verildi və xüsusən son 200 illik
tariximiz yenidən yazılır. Ramiz Mehdiyevin son kitabı
əvvəlkilərdən fərqlənir. Bu kitabda bütövlükdə ermənilərin keçmiş
tarixi, bu günü, törətdiyi münaqişələrlə bağlı fundamental şəkildə
tədqiqat aparılıb. Hətta ermənilərin, rusların yazdıqları tarixi
faktlara istinad edilir. Ermənilərin bir millət kimi formalaşmasına
da toxunulur. Rus tarixçilərindən biri qeyd edib ki, ermənilər
yəhudi və qaraçı qanunun qarışmasından yaranıb və kitabda bu
tarixçiyə də istinad edilir. Bir sıra tarixçilər isə ermənilərin
mənşəyinin olmadığını qeyd edirlər. Bu faktlara istinad edilən
kitab çox dəyərlidir. Ramiz Mehdiyev bu kitabında ermənilərin iç
üzünü açıb ortaya qoyur”.
Dövlət Komitəsinin sədri xatırladıb ki, 2003-cü ildə Heydər Əliyev
xocalılar üçün tikilən qəsəbənin açılışında deyib ki, vaxt gələcək,
tarixi torpaqlarımız Göyçəyə, Zəngəzura qayıdacağıq. Ə.Həsənov
bildirib ki, Prezident İlham Əliyev də çıxışlarında bu məqamı
xüsusi vurğulayır: “Ramiz Mehdiyevin kitabında bu məsələlər
kompleks şəkildə əksini tapıb”.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov kitab barədə
danışıb, kitabda mühüm tarixi faktların əksini tapdığını qeyd
edib.
Millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının
Konfliktologiya və İnsan Hüquqları İnstitutunun direktoru Aytən
Mustafayeva deyib ki, ermənilərin satqınlığı bütün qonşularımıza
məlumdur: "Ermənilər lazım olanda rusların, lazım olanda
almanların, lazım olanda türklərin tərəfində çıxış edirlər.
Satqınlıq bu millətin xüsusiyyətidir. Alimlərin ermənilərin mənşəyi
barədə yetkin fikri yoxdur. Ermənilərin yurdları məlum deyil.
Ermənilər özlərinə nüfuz əldə etmək üçün yalançı tarix yaratmaq
arzusunda olublar. Tarixdə adı olan bir dövlətin adını götürüblər.
Biz azərbaycanlılar həmişə yumşaq olmuşuq. Baxmayaraq ki,
Azərbaycan kəndləri yandırılıb, azərbaycanlılar öldürülüb. Rusiya
Azərbaycan Xalq Cümhuriyyətinə müraciət edəndə ki, İrəvanı
Ermənistana verin, ermənilər qırğınları saxlayacaqlar, buna
inanmışıq. Bu müraciət də bizim əlimizdədir. Ramiz Mehdiyevin
yazdığı kitab akademik, digər titullar almaq üçün deyil, bir
vətəndaşlıq borcundan çıxış etməkdir”.
A.Mustafayeva Ermənistanın himayədarlarının kənara çəkildiyi halda
Azərbaycanın problemi qısa müddətdə həll edə biləcəyini söyləyib:
“Fransanın sabiq Prezidenti Jak Şirak demişdi ki, Korsikanın heç
vaxt Fransadan ayrılmasına imkan verməyəcək, istənilən halda ərazi
bütövlüyü qorunmalıdır. Azərbaycana münasibətdə niyə fərqli
olmalıdır? Fransada qondarma “soyqırım”la bağlı qanun da
ayrı-seçkilikdir”.
Onun sözlərinə görə, ermənilərlə faktla danışanda geri çəkilirlər:
“Ermənilər qorxaq millətdir, ancaq onlar birləşə bilirlər. Biz
rusları qonşuluqdan çıxara bilmərik, Rusiya həmişə təhlükədir.
Ramiz Mehdiyevin kitabının rus dilində çıxması həmin auditoriyaya
yönəlib”.
Millət vəkili Bəxtiyar Əliyev dә akademik R.Meһdiyevin kitabında
elmi əsaslandırmanın əsas götürüldüyünü vurğulayıb: “Dağlıq Qarabağ
münaqişəsi svilizasiyaların toqquşması deyil və akademik Ramiz
Mehdiyev də bunu elmi cəhətdən əsaslandırır. Ermənistanda zəlzələ
baş verən zaman Azərbaycan yardımını təklif etdiyi halda xalqımıza
qarşı genosid törədilib, azərbaycanlılar borulara doldurularaq
boruların hər tərəfi bağlanıb. Bu kitab digər dillərə da tərcümə
edilməlidir”.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxışında
deyib ki, iki azərbaycanlının doğma torpaqlarına baş çəkməsi ilə
ermənilər qaçırsa, Azərbaycan hərəkətə keçən zaman bütün
Qarabağdakı ermənilər qaçacaqlar.
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO
-
Sosial21 Dekabr 22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ