Qırmızı.az
Hidrometeoroloqların proqnozları daha dəqiq olacaq
Hidrometeoroqlar üçün daha müasir sistemin quraşdırılmasına başlanılıb. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri iradə İbrahimova məlumat verib.
Onun sözlərinə görə, yenilik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ilə Türkiyə Meteoroloji Xidməti arasında uzun illərdən bəri davam edən əməkdaşlıq əlaqələri nəticəsində baş tutacaq:
“Milli Hidrometeorologiya Departamenti ilə Türkiyə Meteoroloji Xidməti arasında mövcud olan ənənəvi əməkdaşlığın davamı olaraq, Departamentdə son dəfə 2010-cu ildə quraşdırılmış “TÜRKMETCAP” sisteminin daha müasir versiyası olan “METCAP+” sisteminin bu günlərdə quraşdırılmasına başlanılıb.
Hazırda istifadədə olan VSAT-Peyk məlumat mübadiləsi sistemi ilə proqnozların hazırlanmasında istifadə olunan lazımi faktiki məlumatlarla yanaşı, quraşdırılmaqda olan “METCAP+” sinoptik vizuallaşdırma və təhlil proqramının köməyi ilə çoxsaylı proqnostik xəritələr, rəqəmli modellərin nəticələri, hər 15 dəqiqədən bir yenilənən peyk məlumatları əldə olunacaq, eyni zamanda informasiya mübadiləsi həyata keçiriləcək”.
Qeyd edək ki, yeni sistem quraşdırıldıqdan sonra Türkiyə mütəxəssisləri tərəfindən yerli sinoptiklər üçün bir həftəlik treninqlər təşkil olunacaq.
Hidrometeorologiya sahəsində yeni texnologiyaların, o cümlədən qeyd olunan sistemin tətbiqi ölkəmizdə hidrometeorologiya xidmətinin səviyyəsinin daha da yüksəlməsinə xidmət edəcək.
Gülxar
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO