Qırmızı.az
85 nəfər iş tapdı
Bu gün, sentyabrın 25-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Ağdaş rayonunda Əmək yarmarkası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirdə işsiz və işaxtaran vətəndaşlara 23-ü qeyri-dövlət sektoruna məxsus 39 müəssisədən 200-ə yaxın boş (vakant) iş yeri təqdim edilib. Yarmarkada 85 nəfər rayon sakininə boş iş yerlərinə göndəriş verilib. Həmçinin tədbir zamanı müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunmaq üçün 14 nəfərin, ödənişli ictimai işlərdə çalışmaq üçün isə 13 nəfərin qeydiyyatı aparılıb.
Xatırladaq ki, ƏƏSMN tərəfindən bölgələrdə keçirilən Əmək yarmarkaları sabah, sentyabrın 26-da 5 rayonda Göyçay, Yevlax, Beyləqan, Lənkəran və Tərtər rayonlarında davam etdiriləcək.
Gülnar Əliyeva
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi