Qırmızı.az
“Bandotdel”dən xüsusi əməliyyat: 5 nəfər saxlanıldı - TƏFƏRRÜATLAR
13:46
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları bu gün sübh çağı xüsusi əməliyyat keçiriblər.
Axar.az-a daxil olan məlumata görə, Hökməli qəsəbəsində keçirilən əməliyyat nəticəsində 5 nəfər saxlanılıb. Onların arasında kənd mollası da var. Saxlanılanlar bir müddət öncə həbs edilən Hökməli sakini Rasim Cəbrayılova yaxınlıqları ilə tanınırlar.
Abşeron RPŞ-dən faktı təsdiqləyiblər. Bildirilib ki, bu gün səhər saatlarından başlayaraq Abşeron rayonu, Hökməli qəsəbəsində Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin Abşeron polisi ilə birgə həyata keçirdiyi əməliyyat məhkəmə qərarı əsasında reallaşdırılıb və bir sıra şəxslərin evinə baxış keçirilib. Evində narkotik vasitə və kol aşkarlanan 5 nəfər şəxs saxlanılaraq polis şöbəsinə gətirilib.
Əməliyyata Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi rəisinin birinci müavini Heydər Xəlilov başçılıq edib.
Saxlanılan şəxslərdən biri Həsən Əliyoldaşov kənd mollasıdır və kənddə təxribatçı çıxışları ilə tanınır.
***
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Abşeron RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan digər 4 nəfərin kimliyi bəlli olub.
Axar.az xəbər verir ki, saxlanılanlar bir müddət öncə həbs olunan Rasim Cəbrayılovun 1991-ci il təvəllüdlü Cavidan Cəbrayılzadə və qardaşı oğlu, 1979-cu il təvəllüdlü Mübariz Cəbrayılov, 1983-cü il təvəllüdlü Ceyhun Xəlilov və 1985-ci il təvəllüdlü Ədalət Xəlilovdur.
Cavidan və Mübariz Cəbrayılovların evindən qanunsuz saxlanılan silah, Xəlilovların evindən isə xüsusi qulluq edilən həşiş kolları aşkarlanıb.
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU