Qırmızı.az
Yol polisindən sürücülərə hava XƏBƏRDARLIĞI
Bakı Şəhər Yol Polisi son günlər havaların yağışlı və küləkli keçməsi ilə əlaqədar sürücülərə müraciət edib.
Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov Publika.az-a bildirib ki, yağışlı havalarda yollar sürüşkən olur. Bu səbəbdən də sürücülərə avtomobillərin təkərlərini mövsümü təkərlərlə əvəzləmələrini tövsiyə edib:
Şöbə rəisi sürücüləri diqqətli olmağa, ara məsafəsini saxlamğa, sürət həddi aşmamağa çağırıb.
Əsədov bildirib ki, avtomibillər texniki cəhətdən saz vəziyyətdə olmalı, belə hava şəraitində qeyri-peşəkar sürücülər yola çıxmamalıdır.
O, avtomobilin şüşə təmizləyiciləri işləməyən avtomobil sahiblərinə xəbərdarlıq edib. Bildirib ki, belə avtomobillər müəyyən olunarsa, sürücülər cərimələnəcək, avtomobillər cərimə meydançasına aparılacaq.
Şöbə rəisinin sözlərinə görə, dünən və bu gün havaların yağışlı olması səbəbindən paytaxtda 8 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzaların da əsas səbəbi sürücülərin yağışlı hava şəraitini nəzərə almadan sürət həddini aşması olub.
Amid
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO