Kənd təsərrüfatı nazirliyi yeni buğda sortları alacaq
Bizi izləyin

Qırmızı.az

Kənd təsərrüfatı nazirliyi yeni buğda sortları alacaq

Bu il taxıl istehsalında azalma müşahidə edilir. Bu da ölkədə müşahidə edilən quraqlıqla bağlıdır. Alimlərin verdiyi məlumata görə, 1982-ci ildən sonra ilk dəfədir bu hal müşahidə edilir.

Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

“Taxıl da əsasən dəmyə şəraitdə yetişir. Yağış olmadığı üçün bu sahədə məhsuldarlıqda problemlər var”.

Nazir problemlərin aradan qaldırılması üçün iqlim dəyişikliyi, sortların yeni şəraitə uyğunlaşması üçün yeni sortlar gətirdiklərini deyib.

“Bu il 10 min tona yaxın yeni sort də gətirəcəyik. Gələn ildən həm rayonlaşdırılmış, həm də xaricdən gətirilən yeni sortların yayımını təmin edək. Sortların dəmyə şəraitinə uyğunlaşması üçün də işlər görülür”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm