Qırmızı.az
Bakı enerji forumu keçiriləcək

Noyabrın 13-14-də Bakıda enerji Forumu keçiriləcək. Publika.az-ın məlumatına görə, forumun əsas mövzusu sistemli idarəetmə əsasında şirkətin davamlı inkişaf etdirilməsi, neft-qaz sahəsində çalışan təşkilatlarda beynəlxalq standartlar əsasında idarəetmə sistemlərinin tətbiqi, inteqrasiyası və işləmə təcrübəsidir. Tədbirin əsas iştirakçıları Azərbaycan, Rusiya və Qazaxıstanın yanacaq-enerji kompleksi müəssisələridir.
Forumun məqsədi yanacaq - enerji kompleksində maraqlı olan müəssisələrin ekspert birliklərinin gücləndirilməsi vasitəsilə effektivliyin artırılması, təhlükəsiz və davamlı inkişafın təmin olunması istiqamətində etibarlı idarəetmə sisteminin yaradılmasıdır.
Forum zamanı sessiya şəklində “İdarəetmə sistemində beynəlxalq standartların inkişaf etdirilməsi”, “Gələcəyə baxış”, “Dəyirmi masa”, “İnteqrasiya olunmuş idarəetmə sistemlərinin tətbiqi təcrübəsi”, “İşçi münasibətlər birjası” adlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Forum Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək.

-
MDB22:24
Putin onu vəzifələrindən azad etdi
-
Hadisə20:50
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?
-
İdman20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Yeniləndi
-
İKT17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı
-
Nida Xəbər 16:08
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü: Sülh sazişi imzalanacaq?