Qırmızı.az
"Azərsu"dan 500 min manatlıq məhkəmə iddiaları
“Azərsu” ASC 2014-cü ilin ötən dövrü ərzində içməli sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə borclu olan sahibkarlıq obyektlərinin məhkəməyə göndərilən sənədlərin siyahısını açıqlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Publika.az-a bildirib ki, ilin əvvəlindən debitor borcların ödənilməsi məqsədi ilə 91 qeyri-əhali qrupu üzrə abunəçilərin işi məhkəməyə verilib. Həmin obyektlərin borclarının ümumi məbləği 500 min manata yaxındır.
“Buraya restoran, zavod, müxtəlif fəaliyyət yönümlü sexlər və
digər kommersiya obyektləri daxildir”.
A.Cəbrayıllı deyib ki, məhkəmələrdə “Azərsu” ASC-nin qaldırdığı iddiaların böyük əksəriyyəti təmin olunub:
“Bəzi məhkəmə işləri hələ ki davam edir. Ümidvarıq ki, yerdə
qalan digər iddialar da təmin olunacaq”.
Qurum rəsmisi bir daha qeyri-əhali üzrə abunəçilərə xəbərdarlıq edib: “Bildirmək istəyirik ki, sudan istifadəyə görə borclu olan abonentlər borclarını tez bir zamanda ödəsinlər. Əks halda, onlara su verilişi dayandırılacaq və müvafiq hüquqi tədbirlər görüləcək”.
Amid Əyyuboğlu
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”