Cəmil Həsənli və qızı ifadə verib
Bizi izləyin

Qırmızı.az

Cəmil Həsənli və qızı ifadə verib

Milli Şuranın sədri Cəmil Həsənli və qızı Günel Həsənli törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı istintaqa çağırılıb.

C. Həsənlinin köməkçisi Oqtay Güləliyevin Publika.az-a verdiyi məlumata görə, bu gün hər iki şəxs müstəntiqin yanına çağırılıb: “Müstəntiqə yol qəzası ilə bağlı ifadə veriblər. Bir qədər əvvəl onlar ifadə verib qurtarıblar”.


O. Güləliyev bildirib ki, C. Həsənlinin avtomobillə vurduğu adam ilkin tibbi yardımdan sonra evə buraxılıb.


Qeyd edək ki, Günel Həsənli sentyabrın 19-da yol qəzası törədib. Həmin gün günorta vaxtı Günel Həsənli Yasamal rayonu ərazisində KİA markalı avtomobili idarə edərkən yolu keçən 86 yaşlı qadını vurub. O, vurduğu qadını xəstəxanaya aparıb. Günel Həsənli qadının yerə yıxıldığını iddia edib. Lakin Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisənin yol qəzası zamanı baş verməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Publika.az-a bildirib ki, hadisə zamanı sürücü Günel Həsənli 86 yaşlı piyada Ədilə Səlimovanı maşınla vurub. Onun sözlərinə görə, bu qəza hüquq- mühafizə orqanlarından sürücü və piyada tərəfindən gizlədilib.

“Qəza törədən sürücü piyadanı həkimə aparanda orada da yalan danışıb. Həkimə deyiblər ki, qadın yıxılıb və bunlar da müayinəyə gəliblər. Lakin əməliyyatçılar bu yalanı ortaya çıxarıblar. 86 yaşlı Ədilə Səlimova və qəza törədən sürücü hər ikisi etiraf edib ki, belə bir qəza olub və onlar bunu hüquq-mühafizə orqanlarından saxlayıblar, həkimə yalan danışıblar” - deyə Ehsan Zahidov bildirib.

Hazırda istintaq aparılır.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm