Qırmızı.az
Biləsuvarda it 9 yaşlı oğlanın cinsiyyət üzvünü qopardı
Biləsuvarda bədbəxt hadisə baş verib. Cəbrayıldan olan məcburi
köçkün, 2005-ci il təvəllüdlü Ağakişiyev Fəridi qonşunun nəzarətsiz
qalan iti dişləyib. Nəticədə uşaq ağır bədən xəsartələri alıb.
Bu barədə məlumatı Modern.az-a Fəridin babası Ağakişiyev Allahyar
məlumat verib. Babanın sözlərinə görə, hadisə 19 sentyabr saat 14
radələrində baş verib. Hadisədən sonra zərərçəkən dərhal Cəbrayıl
Rayon Xəstəxanasına aparılıb. İt uşağın sol qolunu, sağ ayağının
barmaqlarını, cinsi orqanının dişləyərək qoparıb. İlkin tibbi
yardımdan sonra onlara Fəridi İmişli Rayon Xəstənasına aparmaq
tövsiyyə olunub. Orada uşağa quduzluğa qarşı peyvənd vuruluraq
Bakıya aparılması məsləhət görülüb. Səbəb kimi şəraitin olmaması
əsas gətirilib. Beləliklə, çarəsiz baba nəvəsini Bakıdakı
Respublika Xəstəxanasına gətirib.
Allahyar Ağakişiyev 1 saat 48 dəqiqəyə Fəridi Bakıya çatdırdığını
söyləyib: "Bakıdakı xəstəxanada bizi xeyli gözlədəndən sonra məcbur
olub qaynar xəttə zəng vurduq. Axşam saat 21:00-a qədər bizi
gözlətdilər. Dedilər, “səhər açılsın”, “filan həkim gəlsin” və s.
Tanışların məsləhətilə Fəridi Mərkəzi Klinik Xəstəxanaya
gətirdik”.
Baba öz şəxsi avtomobili ilə nəvəsini xəstəxanaya çatdırılıb.
Həkimlərin müdaxiləsilə Fərid 2 dəfə cərrahiyyə stoluna çıxarılıb.
Əməliyyat gecə saat 00:10 dəqiqə işləmiş başalyıb, 04:30-da bitib.
Yalnız bundan sonra uşağın həyati təhlükəsi sovuşub. Amma məsələ
bununla bitmir.
Allahyar Ağakişiyevin bildirdiyinə görə, 19 sentyabrda Mərkəzi
Klinik Xəstəxanaya daxil olan anda 2078 manat qapıda ödəyib.
“Ödənişli xəstəxana olduğundan pulu ödəməyincə bizi qəbul
etmirdilər. Həmin məbləğ üçün isə bankdan kredit götürdük.
Daha sonra 3500 manat ödədim, artıq 3 gündür ki, ödəniş
etmədiyimdən 578 manat borc yaranıb. Fəridin atasının onurğa
sütununda problem olduğunundan çalışa bilmir. Anası isə süd
vəzilərinin xərçəngindən əziyyət çəkir”. Nəticə etibarilə ailənin
bütün yükünü Allahyar baba öz çiyinlərinə götürüb. Onun sözlərinə
görə, evdə olan hər şeyi satıblar. “Artıq satılası heç bir şey
yoxdur”.
Həkimlərin sözlərinə görə isə hazırda həyati təhlükəsi olmasa da
Fəridin gələcək taleyi sual altındadır. İt uşağın cinsiyyət
orqanını tamamilə qopartdığından ona 3-cü bir əməliyyat vacib
buyrulub. Yalnız əməliyyat üçün 1758 manat, əlavə xərclərlə
birlikdə 3000 manat tələb olunur.. Ailənin maddi durumu isə artıq
tükənib. Nəzərə çatdırım ki, ailə məcburi köçkün olduğuna görə,
xəstəxana Fəridə 30 % güzəşt edib. Bununla belə Allahyar Ağakişiyev
göstərdikləri xidmətə görə, həkimlər Günel Abduləliyeva və Fuad
Hüseynova, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud
Quliyevə minnətdar olduğunu bildirib.
O, xəstənaxanada göstərilən qayğıdan razılıq etsə də, maddi
imkansızlıqdan nəvəsinin əvvəlki sağlığına qayıtması üçün kifayət
qədər pula ehtiyacı olduğunu vurğulayıb. "Təkcə gündəlik yeməyi
üçün 30 manat, xidmət üçün 85 manat lazım olduğunu fikirləşsək,
üstünə dərmanların xərcini də gəlsək, hələ 15 gün də burda qalmalı
olduğumuzu da nəzərə alsaq...”
Biləsuvar rayonunun 10 saylı qəsəbəsinin 195 nömrəli ev sakini olan
əslən cəbrayıllı məcburi köçkün Ağakişiyev Allahyar imkanlı
şəxslərdən, səlahiyyət sahiblərindən kömək istəyir. O, xahiş edirik
ki, bir körpənin gələcəyini taleyin ümidinə buraxmayaq.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO