Qırmızı.az
Noyabrın 13-də Bakıda enerji forumu keçiriləcək

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə bu il noyabrın 13-14-də Bakıda forum keçiriləcək.
İnstitutdan Publika.az-a verilən məlumata görə, forum sistemli idarəetmə əsasında şirkətin davamlı inkişafına, neft-qaz sahəsində fəaliyyət göstərən təşkilatlarda beynəlxalq standartlar əsasında idarəetmə sistemlərinin tətbiqinə, inteqrasiyası və işləmə təcrübəsinə həsr ediləcək.
Tədbirin əsas iştirakçıları Azərbaycanın, Rusiyanın və Qazaxıstanın yanacaq-enerji kompleksi müəssisələri olacaq.
Forum çərçivəsində “İdarəetmə sistemində beynəlxalq standartların inkişaf etdirilməsi”, “Gələcəyə baxış”, “İnteqrasiya olunmuş idarəetmə sistemlərinin tətbiqi təcrübəsi”, “İşçi münasibətlər birjası” mövzularında sessiyalar və “dəyirmi masa” keçirilməsi də nəzərdə tutulur.

-
Magazin101:41
Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxdı - VİDEO
-
İKT01:11
Hamilə teleaparıcı doğuş sancıları ilə EFİRƏ ÇIXDI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ulduzlar bu axşam bir sirr pıçıldayır
-
Sosial22 May 23:24
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
-
İnanc22 May 23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122 May 22:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22 May 22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ
-
Magazin122 May 21:12
Şəbnəmlə Vəfa barışdı