Turizmin inkişafı yalnız nazirliyin işi deyil – ekspertlər danışdı
Bizi izləyin

Qırmızı.az

Turizmin inkişafı yalnız nazirliyin işi deyil – ekspertlər danışdı

“Son 10 ildə ölkədə turizmin inkişafı ilə bağlı önəmli işlər görülüb. Şimal-cənub, şərq-qərb istiqamətləri üzrə marşrutların qurulması, hava yolla şəbəkəsinin genişləndirilməsi, sosial-səhiyyə sektorunda atılan addımlar turizm imkanlarının artırılması baxımdan görülmüş işlərdir. Birbaşa turizmin inkişafı ilə bağlı da layihələr həyata keçirilsin. Hazırda ölkədə 530 otel var, onlar içərisində şəbəkə otellər də adını qeyd edə bilərik”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov deyib.

E.Aslanovun sözlərinə görə, dünyanın tanınmış telekanallarında, qəzet və jurnallarında Azərbaycanla bağlı məlumatların yer alması turizmin inkişafına yönəlmiş addımdır.

“Bundan başqa, ölkədə beynəlxalq tədbirlərin keçirilməsi və bundan sonrakı illərdə də bir sıra tədbirlərə ev sahibliyi etməyimiz də turizmə ayrılan diqqətin göstəricisidir. Azərbaycanda qış turizminin inkişafı ilə bağlı işlər görülür. Həmçinin eko, sağlamlıq turizm üçün imkanlar genişləndirilir. Aparılan bu işlər daha da genişləndirilməlidir. Prezidentin ölkəyə turist cəlb etməklə bağlı səsləndirdiyi fikirlər, turizmin inkişafı ilə bağlı növbəti mərhələnin başlanğıcıdır”.

E.Aslanov turistlərin cəlb edilməsi üçün bu məsələnin yalnız dövlət işi olmaqdan çıxarılmasını təklif etdi. Onun sözlərinə görə, müvafiq nazirliklərlə yanaşı həm də regionlarda investisiya qoyan şirkətlər də təbliğata qoşulmalıdır. Həmçinin beynəlxalq sərgilərdə iştirak edən şirkətlər turistlərin cəlb edilməsinə çalışmalıdır.

Turizm və otelçilik üzrə ekspert İldırım Musayev bildirib ki, Azərbaycanda turizmin inkişafı üçün bir sıra nazirliklərin birgə fəaliyyət göstərməsi lazımdır. Bu işi yalnız Mədəniyyət və Turizm Nazirliyinin işi deyil. Turizmin inkişafı üçün ölkədəki bir çox nazirliklər MTN-yi ilə birlikdə xidmət göstərməlidirlər.

Onun sözlərinə görə, məsələnin qanunvericilik tərəfi həll edilib. Əsas məqam qanunların tətbiq edilməsidir.

“Turizm haqqında qanun artıq qəbul edilib. Həmçinin, “2002-2005-ci ildə Turizmin inkişaf proqramı qəbul edilib. 2004-2008-ci il regionların inkişafı proqramının 30 bəndi turizmin inkişafından bəhs edir. Yəni qanunlarda bu məsələlər dəqiq qeyd edilib”.

Ekspert turistlərin cəlb edilməsinə də toxunub. Onun sözlərinə görə, turistləri ölkəyə cəlb edən əsas amillər təbiət gözəlliyi, tarixilikdir. Azərbaycanda bu imkanlar var. Sadəcə, bu təbliğatı düzgün qurmaq, təbliğat xarakterli çarxların sayını artırmaq lazımdır.

“Turizmin inkişafı üçün mehmanxana təsərrüfatı, otellər, motellər olmalıdır. Bundan başqa, turizmin inkişafı üçün hava, dəniz və quruda güclü nəqliyyat sistemi qurulmalıdır. Turizm bölgələrində infrastruktur və kommunal xidmətlər yüksək səviyyədə təşkil edilməlidir. Peşəkar kadrların olması da ən mühüm amillərdəndir”.

Qeyd edək ki, prezident İlham Əliyev 2014-cü ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə turizmin sürətlə inkişaf etdiyini və bölgələrdə bu imkanların genişləndiyini bildirib. Prezident həmçinin xarici turistlərin cəlb edilməsi üçün daha fəal işlərin görülməsini deyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm