Qırmızı.az
Qadın məhkumdan narkotik götürülüb
Penitensiar Xidmətin Müalicə Müəssisəsində narkotik maddə aşkar edilərək götürülüb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən
məlumata görə, Cinayət Məcəlləsinin 234.1; 93.1.4-cü maddələri ilə
təqsirli bilinərək azadlıqdan məhrum edilmiş, etapla Müalicə
Müəssisəsinin Qadın şöbəsinə daxil olmuş Kifayət Hacıağa qızı
Məmmədovanın üzərinə baxış keçirilib.
Baxış zamanı onun üzərindən bir ədəd sellofana bükülmüş xalis
çəkisi 2,488 qram olan narkotik maddə - heroin aşkar edilərək
götürülüb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata
keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq
təcridxanasının təsərrüfat briqadasında saxlanılan, Cinayət
Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan
məhrum edilmiş Xalis Əliheydər oğlu Novruzovun bacısı Mahirə
Əliheydər qızı Novruzovanın gətirdiyi əşyalara və üzərinə baxış
keçirilən zaman əl çantasının içərisindən daxilində "Sim" danışıq
kartı olan bir ədəd "Fly" markalı mobil telefon aparatı aşkar
edilərək götürülüb.
Hər iki fakt üzrə araşdırma aparılır.
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO