Qırmızı.az
Nərimanovda hərbçilərlə görüş keçirilib
Bakının Nərimanov Rayon İcra Hakimiyyətində hərbi xidmətdən tərxis olunaraq ehtiyata keçirilmiş bir qrup hərbi vəzifəli ilə görüş keçirilib.
Publika.az-ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev ordu sıralarından tərxis olunanların qarşılanma mərasiminin böyük məna daşıdığını bildirib. O, gənclərin vətən sevgisi, ruh yüksəkliyi ilə geri döndüklərini, bu imtahandan ləyaqətlə çıxdıqlarını vurğulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin rəisi Qəşəm Mahmudov ordu sıralarından tərxis olunan gənclərin qarşılanma mərasiminin təşkili ilə yeni bir ənənənin əsasının qoyulduğunu vurğulayıb. O, əmin olduğunu bildirib ki, ehtiyatda olan hərbi vəzifəli kimi hər bir gənc Ali Baş Komandan tərəfindən verilmiş müvafiq əmr və tapşırıqların yerinə yetirilməsində yüksək hazırlıq nümayiş etdirəcək.
Tədbirdə çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, millət vəkili Adil Əliyev və digərləri Azərbaycanda ordu quruculuğunda qazanılan uğurlardan, tərxis olunan gənclərin məşğulluğunun təmin edilməsi yollarından danışıblar.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən gənclərə hədiyyələr təqdim edilib.
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər