Qırmızı.az
Əfv sərəncamının icrasına başlanıldı

Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının bu gün icrasına başlanıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Publika.az-a verilən məlumata görə, əfv olunmuş məhkumların azadlığa buraxılması prossesinə start verilib. Prosesdə Ombudsman Aparatının, Əfv Komissiyasının, Ədliyyə Nazirliyinin, ictimaiyyətin nümayəndələri, hüquq müdafiəçiləri və KİV əməkdaşları iştirak edir.
Əfv sərəncamında adları qeyd olunan məhkumların azadlığa
buraxılma prossesinin bu gün günota saatlarına qədər yekunlaşması
gözlənilir.
Qeyd edək ki, ötən gün imzalanan sərəncam 84 nəfər məhkuma şamil
edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 80 nəfər
cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum
edilmiş 2 və cərimə cəzasına məhkum edilmiş 1 nəfər isə cəzadan tam
azad ediliblər.
Əfv olunanlar sırasında “NİDA” Vətəndaş Hərəkatının 3 üzvü və 1
hüquq müdafiəçisi var. “NİDA”nın üzvləri bir müddət əvvəl ölkə
prezidentinə əfv olunmaları ilə bağlı müraciət məktubu
ünvanlamışdılar.
Prezidentin əfv sərəncamı həmçinin 5 nəfər xarici ölkə vətəndaşına da şamil edilib.
Türkiyə vətəndaşı Bektaş İlbeyi Yusuf İzzetin oğlu, İran vətəndaşları İmrahi Tohid Əli oğlu və Məhəmmədzadə Səid Müştəba oğlu, Gürcüstan vətəndaşı Naibov Cəlal Camal oğlu və Pakistan vətəndaşı Zada Amir Sher əfv olunublar.
Ölkə başçısının son sərəncamı ilə azadlığa çıxanlar arasında 3 nəfər qadın da var.
Gülxar

-
Hadisə20:40
Cəlilabadda baş verən yanğın məhdudlaşdırıldı - YENİLƏNDİ
-
Dünya19:48
Uzun çənəsi ilə dünyanı "fəth etdi" - FOTO
-
İdman19:00
Qvardiolanın komandasına yeni məşqçi qoşuldu - Görün kimdir
-
Magazin118:36
Emin Türkiyəni helikopterlə izlədi - VİDEO
-
Region17:55
Erməni konyakı Rusiya bazarlarından yığışdırılır: Tərkibində görün nə çıxıb
-
MDB16:42
Moskva su altında qaldı - FOTO/VİDEO
-
İdman15:50
"Siti"nin ulduzunun cazibədar həyat yoldaşı - FOTOLAR
-
Sosial15:37
Əhaliyə xəbərdarlıq: İyulun 16-19-da...