Qırmızı.az
Prezident Naftalanda otel açılışında iştirak etdi - FOTOLAR
Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Naftalanda “Qarabağ SPA and Resort” otel kompleksinin açılışında iştirak ediblər.
Avropa ilə Asiya arasında körpü olan respublikamızda idman,
mədəniyyət, incəsənət və digər sahələrdə əldə olunan yüksək
nailiyyətlər xarici iş adamları ilə yanaşı, turistlərin də ölkəmizə
marağını artırıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət
nəticəsində ölkədə turizmin inkişafı istiqamətində mühüm
layihələrin icrası da buna möhkəm zəmin yaradır.
Son illərdə Azərbaycana böyük turist axını müşahidə olunmaqdadır.
Məhz bu baxımdan respublikamızda otel biznesinin daha da inkişafı
üçün kompleks tədbirlər görülür. Bu otellərdə qonaqlara yüksək
səviyyəli xidmətlər göstərilir. Digər tərəfdən, dünyanın inkişaf
etmiş ölkələri sırasında mövqeyini daha da möhkəmləndirməyi qarşıya
məqsəd qoyan Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərin
tez-tez keçirildiyi məkana çevrilib. Bundan bərabər, ölkəmizdə
qeyri-neft sektorunun inkişafı da başlıca prioritetlərdəndir.
Naftalanda inşası yenicə başa çatan “Qarabağ SPA and Resort” otel
kompleksi də bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan
biridir. Son illərdə bölgələrdə istifadəyə verilən müasir
mehmanxana kompleksləri arasında özəlliyi ilə seçilən bu müalicə və
istirahət məkanında yaradılan yüksək şərait bir daha təsdiqləyir
ki, bu cür komplekslərin sayının çoxalması Azərbaycanın iqtisadi
potensialını nümayiş etdirməklə yanaşı, həm də ölkəyə gələn
turistlərin sayının artmasına zəmin yaradır. Bu kompleks də təkcə
Naftalanın deyil, bütün bölgənin əhəmiyyətli turizm obyektidir.
Prezident İlham Əliyev otel kompleksinin rəmzi açılışını bildirən
lenti kəsdi.
Məlumat verildi ki, burada tikinti işlərinə 2012-ci ildən başlanıb.
Görülən işlər nəticəsində orijinal memarlıq üslubunda gözəl
istirahət məkanı yaradılıb. Sahəsi 13 hektardan çox olan kompleksin
əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə
çoxsaylı istirahət məkanlarının olmasıdır. Burada balacalardan
tutmuş böyüklərə qədər hamının maraq dairəsi nəzərə alınıb, onlar
üçün guşələr yaradılıb. Tennis kortu, basketbol meydançası, qolf
sahəsi istirahətə gələnlərə unudulmaz anlar bağışlayacaq.
Helikopter meydançasının da olduğu kompleksdə 8 kilometr
uzunluğunda gəzinti yolları, geniş yaşıllıq zolaqları salınıb.
Diqqətə çatdırıldı ki, otelin beşmərtəbəli binasında turistlərə ən
yüksək səviyyədə xidmət göstəriləcək. Müxtəlif korpusları özündə
birləşdirən kompleksdə yaradılan ideal şərait bir daha ölkəmizdə
turizm sektorunun inkişafına dövlət səviyyəsində göstərilən diqqəti
nümayiş etdirir. SPA terapiya üsullarına geniş yer verilən oteldə
müxtəlif restoranlar və kafelər burada istirahətə gələnlərin istək
və arzularının yerinə yetirilməsinə imkan verir.
Bildirildi ki, 264 yerlik oteldə bütün zəruri avadanlıqla təchiz
olunmuş 132 otaq var. Digər mühüm cəhət burada çalışanların böyük
əksəriyyətinin yerli işçilər olmasıdır. Onların ixtisaslarının
artırılması ilə bağlı müvafiq işlər gedir və bu, gələcəkdə də davam
etdiriləcək.
Sonra Prezident İlham Əliyev otelin əməkdaşları ilə görüşdü.
Daha sonra xatirə şəkli çəkdirildi.
Dövlətimizin başçısı və xanımı elektromobillə otelin ərazisini
gəzdilər.
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”