Qırmızı.az
Xəstəlik 235 baş heyvanın ölümünə səbəb oldu
Bu vaxta qədər 5172 baş heyvan “Nodulyar dermatit” xəstəliyinə yoluxub. Onlardan 3500-i müalicə edilib, 1700-ə yaxın heyvan müalicə edilir. 235 baş heyvan tələf olub.
Bunu Publika.az-a açıqlamasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.
Y.Xanvəli bildirib ki, son günlər xəstəlik enmə mərhələsindədir, 43 baş heyvanda xəstəlik qeydə alınıb.
Hazırda “Nodulyar dermatit” xəstəliyi 32 rayonda qeydə alınıb. Onların 15-də xəstəlik tamamilə dayanıb.
“1929-cu ildə Afrikada müşahidə edilən “Nodulyar dermatit” xəstəliyi dəri, ağciyər və mədə-bağırsaq formasında özünü göstərir. Bu mərhələlər fəsil dəyişikliyinə uyğun müşahidə edilir.
Yayda dəri forması yayılırsa, qışda xəstəlik ağciyər formasına keçir. Təxminən 10 gün əvvəl ölkəmizdə də xəstəlik ağciyər formasına keçib. Bu formanın hər üçün biruzə verə bilər. Ağciyər forması isə daha çox ölümə səbəb olur. Xəstəliyin ağciyər forması daha çox Sabirabad rayonunda qeydə alınıb. Həmçinin Ağdaş, Saatlı və digər aran rayonlarında daha çox müşahidə edilir”.
Xatırladaq ki, “Nodulyar dermatit” qansoran həşəratlar vasitəsilə yayılır. Xəstəlik heyvandan insane keçməsə də, heyvanlar arasında ölümə səbəb olur.
Gülxar
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO