Qırmızı.az
Özəl pensiya fondları ilə bağlı layihə 2015-ci ilin sonunda yekunlaşacaq
Qeyri-dövlət pensiya fondları ilə bağlı layihə 2015-ci ilin sonunda yekunlaşacaq. Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Elman Mehdiyev bildirib.
Onun sözlərinə görə, DSMF prezident tərəfindən təsdiq olunmuş sığorta-pensiya sisteminin inkişafı proqramının əsas müddəası olan qeyri-dövlət pensiya fondlarının yaradılması məsələsi ilə bağlı proqramla müəyyən edilmiş qrafikə uyğun tədbirləri davam etdirir:
“Ötən dövr ərzində biz beynəlxalq təcrübənin dərindən öyrənilməsini başa çatdırmışıq və Avropa Birliyi ilə birgə layihəmizə start verilib. Həmin layihə çərçivəsində hazırda Avropa Birliyinin ayırdığı qrant hesabına qeyri-dövlət pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanunvericilik bazası üzərində işlər aparılır. Hazırlanacaq qanunvericilik layihəsi ilk növbədə qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin tənzimlənməsi üçün fərdi hesabların həmin fondlarda açılması, vətəndaşların könüllü sığorta əsasında ödəyəcəyi sosial sığorta haqlarının qeyri-dövlət pensiya fondlarında açılmış fərdi hesablarda uçotu, həmin vəsaitlərin maliyyə bazarlarında yerləşdirilməsinə yerləşdirilməsi üzərində dövlət nəzarətinin tənzimlənməsi mexanizmini ifadə edəcək”.
DSMF sədri həmçinin bildirib ki, hazırlanacaq qanunvericilik layihəsinin tərkib hissəsi qeyri-dövlət pensiya fondlarının vəsaitləri hesabına qeyri-dövlət əlavə pensiyaların hesablanması qaydalarına da aid olacaq. E. Mehdiyev bildirib ki, 2015-ci ilin sonunda yekunlaşacaq layihə çərçivəsində hazırlanacaq Avropa standartlarına uyğun qanunvericilik tələbləri növbəti mərhələdə Azərbaycan respublikası qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üçün qanunvericilik əsaslarını yaratmış olacaq.
DSMF sədrinin sözlərinə görə, təcrübədən bu istiqamətdə fondların bir neçə formada yaradıldığı məlumdur - həm korporativ əsasda, həm cəmiyyətə açıq, həm də qapalı fondların, o cümlədən də fərdi pensiya hesablarıyla fəaliyyət göstərən fondların yaradılmasını təcrübəsi var. Hazırlanacaq qanunvericilik bazasında bütün fəaliyyət növləri üzrə alternativ imkanlar nəzərə alıncaq.
Gülnar Əliyeva
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO