Qırmızı.az
Dindarlara qazla bağlı limit qoyuldu

"Hansı məbəd onlar üçün nəzərdə tutulmuş limitdən artıq qaz istifadə edəcəksə, onun pulunu ödəməli olacaq". Trend xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının bu gün keçirilən iclasında elan edilib.
QMİ-nin sədr müavini müfti Hacı Salman Musayev bildirib ki, "Azəriqaz" İstehsalat Birliyi (İB) Azərbaycanda dini məbədlərə veriləcək pulsuz qaz üçün limit müəyyən edib. Hal-hazırda təbii qazla təmin olunmuş ibadət və ziyarət yerlərinin hər birinə illik 5 min kubmetr limitin tətbiq olunması nəzərdə tutulur: "Bu qərar yalnız dövlət qeydiyyatından keçmiş dini icmalara məxsus məbədlərə aiddir. Hansı məbəd nəzərdə tutulmuş limitdən artıq qaz istifadə edəcəksə, onun pulunu ödəməli olacaq".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və Azərbaycan Dövlət Neft Şirkətinin Şurasının qərarına əsasən məscidlərə və dini icmalara məxsus dini məbədlərə ayrılmış illik limit daxilində təbii qazın əvəzsiz verilməsi nəzərdə tutulub.
Xatırladaq ki, "Azəriqaz" İB-nin abonent uçotu sistemində qeydiyyatda olan və təbii qazla təmin olunan İslam dini təyinatlı ibadət, digər konfessiyalara məxsus məbəd və ziyarət yerlərinin 2013-cü il ərzində istifadə etdikləri orta illik sərfiyyatı 1953 kubmetr olub.

-
Qoroskop21:12
Ayın 10-u bu bürcün həyatı dəyişəcək
-
Yaxın Şərq21:00
İran İsrailin bu strateji obyektlərini vurub - Təl-Əviv ilk dəfə TƏSDİQLƏDİ
-
İdman19:24
Dəhşətli faciənin ilk təfərrüatı - Futbolçu qardaşların yanaraq öldüyü qəza necə baş verib?
-
Dünya17:58
Dünyanın ən toxunulmaz əraziləri: Göydən də qorunur, üzərindən uçuş qadağandır - FOTOLAR
-
Rəsmi xronika17:05
İlham Əliyev 2 fərman imzaladı
-
Maraq dünyası16:07
Göydə üzən sərvət: ABŞ arxasınca raket göndərdi - Bu tarixdə çatacaq
-
Sosial14:53
Əli Əsədov yeni qərar imzaladı
-
Region14:27
Paşinyanın adamı ermənilərə vəd verdi: Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq