Qırmızı.az
Fikrət Məmmədov Avropa Şurasının insan hüquqları üzrə komissarı ilə görüşüb

Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujniyeks ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində bu günlərdə keçiriləcək İnsan hüquqları üzrə Avropa Konvensiyasının milli səviyyədə implementasiyasına dair beynəlxalq konfransın əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, tədbirdə iştirak etmək üçün Avropa dövlətləri ali məhkəmələrinin, eləcə də Avropa Məhkəməsinin sədr və hakimlərinin, insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu alimlərin Azərbaycana səfərləri nəzərə alınaraq onların zəngin bilik və təcrübəsindən faydalanmaq üçün artıq azərbaycanlı hakimlər və prokurorlar üçün silsilə tədris tədbirlərinin keçirilməsinə başlanılıb.
Söhbət zamanı insan haqlarının qorunması, məhkəmə sisteminin inkişafı, Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi, Məhkəmənin qərarlarının icrası, qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

-
İdman02:43
Yamal yeni nömrəsinə qovuşdu – VİDEO
-
Dünya02:00
7,1 bal gücündə zəlzələ oldu - Sunami xəbərdarlığı edildi
-
Qoroskop00:35
Günün ulduz falı: Gözlənilməz ideya maddi uğur gətirə bilər
-
ABŞ16 İyul 23:21
Trampın planı üzə çıxdı, dollar kəskin ucuzlaşmağa başladı
-
İdman16 İyul 23:05
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından çıxarıldı
-
Hadisə16 İyul 22:14
Laçında meşə YANIR
-
Rəsmi xronika16 İyul 20:30
Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Fotolar
-
MDB16 İyul 19:50
Şıxlinski haqqında 2 ay həbs qətimkan tədbiri seçildi - Yeniləndi