Qırmızı.az
TQDK-nın direktorlar üçün seminarları başa çatıb
“Şagird-məzun” sistemindən istifadə qaydaları ilə tanışlıq məqsədilə Bakı şəhərində seminarlar keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Sabunçu (252 nömrəli məktəb), Binəqədi (276 nömrəli məktəb), Yasamal (18 nömrəli məktəb), Nərimanov (258 nömrəli) və Xətai (95 nömrəli məktəb) rayonlarında təşkil edilmiş tədbirlərdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və əlaqələndiriciləri iştirak ediblər.
Seminarın mqəsədi ümumtəhsil müəssisələrində təhsilalanların biliyin yekun qiymətləndirilməsinin təşkili sektorunun əməkdaşları tərəfindən 2014/2015-ci tədris ili üçün yekun qiymətləndirmə ilə bağlı təqvim planındakı işlərin yerinə yetirilməsi və yeni versiyalı “Şagird-məzun” sistemi ilə tanış etmək olub.
Seminarlarda təqvim planında göstərilən mərhələlər üzrə şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin məzmunu ətraflı izah edilib, işin gedişində meydana çıxan problemlər və onların həlli yollarından bəhs edilib. Təhsil müəssisələri rəhbərlərinin diqqətinə çatdırılıb ki, təqvim planında nəzərdə tutulmuş işlər dəqiq və qrafikə uyğun şəkildə vaxtında yerinə yetirilməlidir.
Keçirilmiş tədbirlərdə “Şagird-məzun” sisteminin yeni versiyası iştirakçılara təqdim edilib. Təhsil müəssisələrinin əlaqələndiricilərinə sistemdən istifadə qaydaları haqqında məlumat verilib, yaradılmış yeni imkanlar əyani nümayiş etdirilib. Seminar iştirakçılarının verdiyi suallar ətraflı cavablandırılıb, görüləcək işlərlə bağlı təkliflər müzakirə edilib.
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb