Qırmızı.az
Azərbaycanlı alimlər Norveçdə doktorantura təhsili ala biləcəklər
Azərbaycanlı gənc alim və mütəxəssislər Norveçdə doktorantura və ixtisasartırma təhsili ala biləcəklər. Publika.az xəbər verir ki, bu barədə təklif Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə ilə Norveç Krallığının ölkəmizdəki səfiri Bard İvar Svendson və “Statoil” şirkətinin prezidenti Helge Lundu ilə görüşü zamanı irəli sürülüb və səmimiyyətlə qəbul olunub.
Görüşdə qonaqlara Azərbaycan elminin dünyaya inteqrasiyasından və AMEA-da magistratura təhsilinin təşkilindən də bəhs olunub. Qeyd edilib ki, AMEA gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqini genişləndirməkdədir.
H.Lundu “Statoil” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyətində, xüsusən də Abşeronun şimalındakı tədqiqatlarda GGİ-nin böyük rol oynadığını vurğulayıb. “Azəri-Çıraq-Günəşli”dən sonra yeni neft yataqlarının tapılmasının vacibliyini qeyd edən qonaq rəhbəri olduğu şirkətin son vaxtlar diqqəti bu istiqamətə yönəltdiyini söyləyib. Əlavə olaraq bildirib ki, “Statoil” Azərbaycanın bir sıra ali təhsil ocaqları ilə də əməkdaşlıq edir. H.Lundu gələcəkdə elm və texnologiya sahəsində birgə innovativ tədqiqatların inkişafı üçün təkliflər formalaşdırmağı məqsədəuyğun hesab edib.
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO