Qırmızı.az
Deputatın marketinə qarşı iş açıldı
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı yayımlanan "Fresko" marketlər şəbəkəsinin reklamında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, bu marketlərdə satılan məhsulların digər marketlərdə satılan məhsullardan üstünlüyü fikrini yaradan "Fresko" market - ən yaxşısı sizin üçün" məzmunlu ifadədən istifadə edildiyi müəyyən edilib.
Bununla əlaqədar "Fresko" marketlər şəbəkəsinin məxsus olduğu "Azəri Retail" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Araşdırmalar davam edir.
Bu arada nəzərə çatdıraq ki, "Fresko" marketlər şəbəkəsinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanova məxsus olduğu deyilir.
İqtisadiyyat şöbəsi
-
Sosial11:38
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR