Qırmızı.az
Koda düşmüş qaz sayğacları ilə bağlı AÇIQLAMA
Binəqədi rayonu ərazisində yaranmış təbii qaz probleminə aydınlıq gətirilib.
Binəqədi Rayon İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, oktyabrın 29-da 6-cı mikrorayon ərazisində magistral qaz xəttində baş vermiş qəza və Nərimanov rayonu ərazisindən Binəqədi rayonuna verilən qaz təchizatının dayandırılması səbəbindən Binəqədi rayonunun bir çox ərazilərində qazın verilməsində məhdudiyyətlər yaranıb.
Qaz təchizatında mövcud olan fasilə ilə əlaqədar bir çox mənzillərdə qaz sayğacları avtomatik koda düşüb.
Hal-hazırda Binəqədi Rayon İcra Hakimiyyətinin aidiyyəti qurumlar qarşısında qaldırdığı məsələ ilə bağlı rayon Qaz İstismar Sahəsi tərəfindən əlavə işçi qüvvəsi cəlb edilərək koda düşmüş qaz sayğaclarının bərpası istiqamətində təxirəsalınmaz işlər aparılır. Yaxın bir neçə saat ərzində mövcud problemin öz həllini tapacağı gözlənilir.
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI