Qırmızı.az
2 yol polisi patrul maşınındaca güllələndi
Moskvanın Solneçneqorsk rayonunda iki yol polisi vəzifə başında ikən güllələnib.
Publika.az “İTAR-TASS” agentliyinə istinadən xəbər verir ki, polislərin meyitləri Perepeçini kəndi yaxınlığından keçən magistral yolda, patrul maşınının içində tapılıb. İlkin müayinə göstərib ki, onlar odlu silahdan açılan atəş nəticəsində keçiniblər.
Agentliyin verdiyi məlumata görə bazar günü patrula çıxan polislərlə əlaqə gecə saat 22:50-də kəsilib.
Yol polisi idarəsi məsələni ayırd etmək üçün yeni patrul maşını göndərib. Öldürülmüş polislərin maşını yol kənarından tapılıb.
Onlardan biri qabaq oturacaqda, diğəri arxa oturacaqda tapılıb. Qabaq oturacaqdakı polisin əlində yarımçıq protokol olub. O məhz protokol yazarkən güllələnib.
Protokoldan məlum olub ki, yol polisləri avtomobilini sərxoş vəziyyətdə idarə edən “UAZ” maşınının sürücüsünü saxlayıblar.
Ehtimal ki, yol polisini elə bu sərxoş sürücü güllələyib.
Hazırda həmin avtomobil və sürücüsü axtarışa verilib.
İlqar
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ