Qırmızı.az
Aşura ilə əlaqədar yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda Aşura günü bir sıra yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Publika.az-a məlumat verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, Aşura günü ilə bağlı məscidlərə gələn insanların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi zəruri tədbirlər həyata keçiriləcək:
“Bunun üçün Bakı şəhərində yerləşən məcsidlərə gələn yollarda nəzarət artırılacaq. Lazım gələrsə, sözügedən istiqamətlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Tədbirlər başa çatdıqdan sonra məscidlərin yerləşdiyi ərazi boyu hərəkət tam bərpa ediləcək”.
Bakı yol polisi avtomobil sahiblərinin və sürücülərin nəzərinə
çatdırır ki, məscidlər boyu hərəkət edənlərin, ümumiyyətlə, bütün
tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, yol
hərəkətində rahat, fasiləsiz və təhlükəsiz hərəkətin təşkil
edilməsi məqsəsilə bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün
qədər az istifadə etsin.
V.Əsədov qeyd edib ki, məscid və ziyarətgahlarda keçiriləcək
tədbirlərə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrinin
köməyi ilə hərəkət etmək tövsiyə edilir:
Qeyd edək ki, bu il Aşura günü noyabrın 4-nə təsadüf edir.
Amid Əyyuboğlu
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı