Qulu Məhərrəmli telekanalları “topa tutdu”– SƏRT TƏNQİD
Bizi izləyin

Qırmızı.az

Qulu Məhərrəmli telekanalları “topa tutdu”– SƏRT TƏNQİD

Teletənqidçi-jurnalist Qulu Məhərrəmli müğənnilər Təranə Qumralla həmkarı Nazəninin arasında yaşanan qalmaqalın efirdə yayımlanması ilə bağlı məsələyə münasibət bildirib.

Q.Məhərrəmli Publika.az-a açıqlamasında deyib ki, şou adamları heç bir cəmiyyətdə nümunə kimi göstərilə bilməz.

Onun sözlərinə görə, heç bir ölkədə şou nümayəndələri, o cümlədən müğənnilər televiziya efirlərində bu qədər təbliğ olunmurlar: “Bunun məlum səbəbləri hər kəsə bəllidir. Axı nə üçün bu cür materialları efirə verirlər? Çünki ilk növbədə, bizim televiziya kanalları mövzu tapmırlar. Onların qeyri-peşəkarlığı imkan vermir ki, daha faydalı mövzular tapsınlar. Ona görə də, bu cür məişət səviyyəsinə enirlər. Telekanallar iki şəxs arasında mövcud olan ədavəti ictimailəşdirib davranış kimi cəmiyyətə təqdim edir. Əlbəttə, bu da çox utandırıcıdır. Başa düşə bilmirəm: bu cür düşüncə ilə necə proqram yayımlamaq və cəmiyyətə əxlaqi mesajlar vermək olar? Hesab edirəm ki, bütün bunların hamısı Azərbaycanda ictimai əxlaqı ciddi zədələyir və insanların həm televiziya kanallarına, həm də həyata inamını sarsıdır. Biz bunu dəfələrlə desək də, məhəl qoyan yoxdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm