Qırmızı.az
DİN-dən Goranboydakı faciə ilə bağlı açıqlama - Rəsmi
Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş verən dəhşətli intihar hadisəsi ilə bağlı məlumat yayıb.
Bu barədə Publika az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə noyabrın 3-də Goranboy rayonunun Səfıkürd kəndində qeydə alınıb. Kənd sakini Afiq Hüseynov yaşadığı evinin həyətində özünü asıb. Hadisə yerinə gəlmiş atası Müzəffər isə infarktdan ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, intihar edən Afiq Hüseynovun qardaşı Rafiq Hüseynov bu ilin oktyabrın 1-də bir ailənin 7 üzvünü qətlə yetirib. Qətlə yetirilən şəxslər 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov və Günel Məmmədovadır.
Məlum hadisələrdən sonra Rafiq Hüseynovun ailəsi təhlükəsizlik məqsədi ilə rayonun digər kəndinə köçürülüb. Amma onun qardaşı Afiq Hüseynov gizli şəkildə evlərinə gedərək orada intihar edib. Atası da oğlunun yoxa çıxdığını görüb və onun evlərində olduğundan şübhələnrək ora gedib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO