Qırmızı.az
Qanunsuz ov edənlər cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən qanunsuz ov ilə məşğul olan şəxslər cərimə edilib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması, eləcə də ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirilib.
Qusar rayonunun Hil kəndi ərazisində Hil kənd sakini Marks Dövlətov ov edərkən saxlanılıb. Ondan 1 ədəd tüfəng götürülərək barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib. Qanun pozucusu 1000 manat məbləğində cərimə olunub.
Keçirilmiş reydlər zamanı Bərdə və Qusar rayonları ərazisində ov edən naməlum şəxslər saxlanılıb, onlardan 2 ədəd tüfəng və 18 ədəd patron götürülüb. Hər iki fakt üzrə akt tərtib edilib, təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon Polis Şöbələrinə müraciət olunub.
Eyni zamanda, keçirimiş reydlər zamanı ov quşlarının satışının
təşkil edildiyi də aşkarlanıb. Belə ki, Lənkəran rayonu Şirinsu
kəndi ərazisində 1, Qumbaşı kəndi ərazisində 4, Masalllı rayonu
avtomobil yolunun kənarında 3 nəfər saxlanılaraq onlardan
ümumilikdə 24 ədəd quş götürülüb və yandırılaraq məhv edilib. Qanun
pozucuları barəsində müvafiq aktlar tərtib olunub, şəxsiyyətlərinin
müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir
görülməsi üçün tərtib edilmiş sənədlər aidiyyəti rayon Polis
Şöbələrinə göndərilib.
Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması
məqsədilə Nazirliyin əməkdaşları tərəfindən reydlər davam
etdirilir.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO