Estakadadakı qəza zamanı itkin düşən neftçinin meyiti tapıldı
Bizi izləyin

Qırmızı.az

Estakadadakı qəza zamanı itkin düşən neftçinin meyiti tapıldı

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin ərazisində baş verən qəzada itkin düşən şəxsin meyiti tapılıb.

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş verib, nəticədə estakadanın üzərindən keçən 250 mm diametrlik neft xətti qırılıb.

Qəzanın daha böyük miqyas almaması məqsədi ilə NQÇİ-nin ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək təmir işləri aparıb, beləliklə, yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alınıb. Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçub və onlar dənizə düşüblər.

Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılıb. Onlardan 1 nəfəri dünyasını dəyişib. İtkin düşmüş 1 nəfər - NQÇİ-nin təmirçi-çilingəri, 1971-ci il təvəllüdlü Yusipov Oqtay Nazim oğlunun axtarışı ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən davam etdirilib, noyabrın 7-də saat 11.30 radələrində onun cəsədi hadisə yerindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm