Qırmızı.az
İŞİD-lə əlaqədə adı hallanan mərkəzə polis baxış keçirdi
“Mən yayılan xəbərdən məlumatsız idim. Bu haqda polis
mənə məlumat verdi. Sivil qaydada bizimlə görüşmək istədiklərini
dedi və mərkəzlə tanış oldular”.
Bu barədə Publika.az-a açıqlamasında adı İŞİD-çilərin təlimində hallanan “Baku Paintball Center”in əməkdaşı Fikrət Məmmədov deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları
əraziyə baxış keçirib, otaqları gəzib və hər şeyin qaydasında
olduğu ortaya çıxıb: “Bizim bu günə qədər heç bir problemimiz
olmayıb. Polisə də bizdən şikayət olmayıb. Hüquq-mühafizə
orqanlarının əməkdaşları əraziyə baxış keçirdikdən sonra heç bir
nöqsan aşkarlanmadı və məlumatların yalan olduğunu təsdiqləndi.
Hazırda əvvəlki kimi fəaliyyətimizi davam etdiririk”.
Qeyd edək ki, musavat.com saytı bu gün etibarlı mənbəyə istinadən
Bakıda İŞİD-in təlim mərkəzinin olması haqda xəbər yayıb. Məlumata
görə, Bakı şəhərinin Keşlə qəsəbəsindəki “Baku Paintball
Center”dəki atıcılıq meydanı radikal qruplaşmalar tərəfindən təlim
mərkəzi olaraq istifadə edilir.
Adıçəkilən mərkəzdə vəhhabilərin İŞİD-çi dəstələri formalaşdırdıqları iddia olunur. Mənbənin bildirdiyinə görə, günün müəyyən zamanlarında sələfi təriqətinin nümayəndələri mərkəzin atıcılıq meydanında təlim keçirlər. Beləliklə də, onlar gələcək döyüşlərə hazırlaşırlar.
Asif Nərimanlı
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO