Qırmızı.az
“QİDA” Akademiyasının Qış sessiyası yekunlaşıb
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Tərəfindən həyata keçirilən “QİDA” Akademiyasının Qış sessiyası artıq yekunlaşıb. Publika.Az-ın verdiyi xəbərə görə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Akademiyanın Qış Sessiyası fevralın 7-dən 9-dək Oğuz rayonunda keçirilib.
Bakı, Astara, Gəncə, Bərdə, Quba, Lənkəran, Beyləqan, Sumqayıt, İsmayıllı regionlarından 45 gəncin iştirakı ilə keçirilən qış sessiyasında gənclərə “Vaxtın idarəedilməsi”, “Təqdimat bacarıqları” , “QHT-lər üçün Praktik Maliyyə İdarəetməsi- Effektiv və Səmərəli İdarəetmə Metodları” və “Layihənin Monitorinqi və Qiymətləndirilməsi” mövzuları üzrə kurslar keçirilib. Keçirilən kurslar akademiyanın 3 tədris bloku üzrə 32 akademik saatdan ibarət olub.
Qeyd edək ki, QİDA akademiyasının əsas məqsədi gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi, təlim alətlərinin reallaşması, QHT-lər arasında qarşılıqlı əlaqələrin qurulması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır.
Publika.Az
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu