Qırmızı.az
ARDNŞ-nin vitse-prezidenti Bakı Ali Neft Məktəbində tələbələrlə görüşdü
ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti, Neft-qaz emalı və Neft-kimya Kompleksinin (NQNK) baş direktoru cənab Tofiq Qəhrəmanov Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirib və onları yeni tikilən Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsi haqqında geniş məlumatlandırıb.
Publika.az-ın məlumatına görə, tədbiri açan Bakı
Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov qonağı salamlayıb
və Ali məktəbdə görməkdən məmnunluq ifadə edib. Azərbaycanda
beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və
görülən işlərin miqyasının ildən-ilə genişləndiyini, yeni Neft-qaz
emalı və neft-kimya kompleksinin (NQNK) inşası ARDNŞ-nin
fəaliyyətində növbəti böyük nailiyyətlər əldə etməsinə yeni
imkanlar yaradacağını qeyd edən Elmar Qasımov, bu dəyərli görüşün
keçirilməsində əsas məqsəd BANM-in tələbələrini, Azərbaycanın
bugünkı gəncliyini ARDNŞ-nın gündən günə inkişaf edən fəaliyyətinin
müxtəlif istiqamətləri ilə tanış etmək, onların ARDNŞ-nin müasir
standartlara cavab verən yeni layihələrində mütəxəssis kimi iştirak
etmələrinə, bu istiqamətdə üzərlərinə düşən əsas öhdəlikləri dərk
etmələrinin, elmi və təcrübə biliklərinin dərinləşməsi üçün zəruri
addımların atılmasının və Azərbaycanın neft-qaz və neft-kimya
sahəsində olan ingilisdilli yüksəkixtissaslı mütəxəssis tələbatının
ödənilməsinin vacibliyini vurğulayıb.
Daha sonra vitse-prezident Tofiq Qəhrəmanov rəhbərlik etdiyi
Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsinə dair
təqdimatla çıxış edərək, Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkədə yeni Neft-qaz
emalı və Neft-kimya Kompleksinin Qaradağ və Abşeron rayonlarının
sərhədində inşa olunacağını və 2018-2020-ci illərdə istifadəyə
veriləcəyi nəzərdə tutulduğunu tələbələrin diqqətinə çatdırdı. Bu
layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın mülki,
sosial, infrastruktur və mədəniyyət təyinatlı tikinti sahəsində
nəhəng nailiyyətlərlə yanaşı, neft emalı və neft-kimya sahəsində də
dərin texniki və texnoloji irəliləyişlərin müşahidə olunacağını,
bir çox növ məhsul və məmulatların idxalından yaxa qurtarmağa imkan
verən geniş çeşiddə yüksək keyfiyyətli məhsullar istehsal etməyə
başlayacağını qeyd edən vitse-prezident, bunlarla yanaşı, müasir,
yüksək ixtisaslı mütəxəssislərdən ibarət yeni kadr potensialı
yaranacağını, yeni iş yerlərinin açılacağını və əhalinin məşğulluq
strukturunu keyfiyyətcə yaxşılaşacağını iştirakçıların nəzərinə
çatdırdı.
Xüsusilə də bu layihənin icrasında ingilisdilli və müasir bilikli
gənc mütəxəssislərin cəlb olunmasına böyük önəm verildiyini
vurğulayan T.Qəhrəmanov, BANM rəhbərliyi ilə bu istiqamətdə
əməkdaşlıq etməsinə, ən bacarıqlı tələbələrin Neft-qaz emalı və
Neft-kimya Kompleksi layihəsində təcrübə keçmələrinə marağlı
olduğunu bildirib və gəlcəkdə məhz BANM-in məzunlarının ARDNŞ-nin
müasir kadr tələbatının yüksək səviyyədə ödəcəyinə əminlik ifadə
edib.
Təqdimatdan sonra vitse-prezident və layihə rəhbəri T.Qəhrəmanov
tələbələrin çoxsaylı suallarını cavablandırıb və onların gələcək
peşakar həyatlarında uğurlar arzulayıb.
Tədbirin sonunda BANM-in rektoru E.Qasımov ARDNŞ-nın
vitse-prezidenti T.Qəhrəmanovu dəvəti qəbul etdiyinə və tələbələri
layihə haqqında dolğun məlumatlandırdığına görə təşəkkürünü
bildirib.
Sonda T.Qəhrəmanova BANM-nin “Fəxri qonağı” diplomu təqdim
edilmişdir.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü