Qırmızı.az
Əfsanəvi komandir Cavad Həkimlinin 100 illiyi qeyd edildi
Azərbaycan Hərb Tarixi Muzeyində Avropa müqavimət hərəkatının iştirakçısı Cavad Ataxəlil oğlu Həkimlinin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Müdafiə nazirliyindən Publika.az-a verilən məlumata görə, muzeyin rəisi e.o.polkovnik Əzizağa Qənizadə tədbiri açaraq qeyd edib ki, Azərbaycan xalqının qəhrəman övladı, Avropa müqavimət hərəkatının əfsanəvi iştirakçılarından biri olan Cavad Həkimlinin qəhrəmanlıqla dolu həyat yolu Vətənimizin hər bir vətəndaşı üçün nümunədir.
Cavad Həkimli Vətəndən uzaqlarda – İtaliya və Yuqoslaviyada partizan hərəkatında faşizmə qarşı mübarizədə cəsarətlə iştirak edərək xalqımızın adını dünya antifaşist hərəkatının şərafət və fəxarət səhifələrinə yazıb. Onun adı, həmçinin əfsanəvi partizan Mehdi Hüseynzadənin (Mixaylonun) komandiri kimi hərb tariximizin qızıl səhifələrinə həkk olundu.
Cavad Həkimlinin Böyük Vətən müharibəsində İtaliya və Yuqoslaviyada əsirlərin faşist hərbi dəstələri ilə mübarizəsində göstərdiyi böyük rəşadət və mahir təşkilatçılıq nümunələri danılmaz həqiqətdir.
Tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissələrin, Hərbi Akademiyanın, veteran şuralarının, şəhər muzeylərinin nümayəndələri, həmçinin Cavad Həkimlinin yaxın qohumları və digər təşkilatların əməkdaşları iştirak ediblər.
Tədbirdə muzeyin baş elmi işçisi Nuru Məmmədovun, elmi işçi Nuranə Nəcəfovanın, Cavad Həkimlinin yaxın qohumlarının və digər işçitakçıların məruzələri dinlənib.
Sonda Cavad Həkimlinin döyüş yoluna həsr edilən sənədli film nümayiş olunub.
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO