Qırmızı.az
«BMW» zəncirvari qəzaya səbəb oldu
Əli Məcidovun idarə etdiyi nəqliyyat vasitəsi bir neçə avtomobilə çırpılıb
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində ağır yol qəzası baş verib. Belə ki, Binəqədi Rayon Yol Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, «BMW» markalı nəqliyyat vasitəsini idarə edən 1988-ci il təvəllüdlü Əli Məcidov Rəşid İsmayılov küçəsi istiqamətində hərəkət edərkən dairədən yola çıxan zaman qəfil idarəetməni itirib.
Beləliklə də, «BMW» markalı avtomobil yol kənarında dayanmış «VAZ 2107» markalı nəqliyyat vasitəsinə çırpılıb. Qeyd edək ki, baş vermiş hadisə zəncirvari qəzaya səbəb olub. Belə ki, avtomobil «Mercedes»ə çırpılıb. Əli Məcidovun idarə etdiyi nəqliyyat vasitəsi yalnız «Ford» markalı avtomobilə dəydikdən sonra durmağa müvəffəq olub.
Hadisə yerinə gələn Binəqədi Rayon Yol Polis Şöbəsinin əməkdaşlarının araşdırmaları zamanı qəzaya yüksək sürətin səbəb olduğu müəyyənləşib. Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü