Qırmızı.az
Tibb Universitetində süni mayalanma şöbəsi açılacaq
Gələn ildən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında süni mayalanma əməliyyatları icra olunacaq şöbə fəaliyyətə başlayacaq.
Publika.az-ın məlumatına görə, bu haqda bu gün ATU-da, Türkiyədəki Amerikan Xəstəxanasının nümayəndələri ilə keçirilən görüşdə ilkin razılıq əldə olunub.
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov qonaqlarla görüş zamanı Azərbaycanda süni mayalanma ilə bağlı yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac olduğunu vurğulayıb. Rektorun sözlərinə görə, bu mövzu hazırda ölkəmizdə gündəmdədir və süni mayalanma yolu ilə övlad sahibi olmaq arzusunda olan ailələr çoxdur.
Türkiyənin nümayəndə heyətinin rəhbəri, prof. Dr. Bülent Urman ATU-da yalnız tüp bebek (süni mayalanma) əməliyyatlarının keçirilməsi yox, həm də tədris sistemində iştirak etmək istəklərini açıqlayıb. Türkiyəli professorlar tərəfindən doğuşla bağlı mütəxəssislərin rezidentlərə mühazirə söyləməsi haqqında təklif də səsləndirilib.
Görüş zamanı ATU-nun Tədris Cərrahiyyə Klinikasında 2015-ci ilin əvvəlindən etibarən süni mayalanma şöbəsinin yaradılması haqda ilkin razılıq əldə olunub. Qonaqlar artıq klinikadakı şəraitlə tanış olduqlarını, burada yüksək keyfiyyətli əməliyyatların aparılması üçün hər cür şərait olduğunu vurğulayıblar. İki tərəf arasında qarşılıqlı əməkdaşlığa dair sazişin hazırlanması qərara alınıb.
Görüşdə həmçinin ATU-nun Tədris Cərrahiyyə klinikasının direktoru Hacıqulu Bağırov, klinikanın baş həkimi Asiman Həsənov, ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov da iştirak ediblər.
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
Magazin202:42
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO