Qırmızı.az
Hələ premyerası baş tutmamış filmi internetdə yayanlar yaxalandı
London polisi «Məblubedilməzlər 3» filminin surətini oğurlamaqda, eləcə də sözügedən filmin premyerasından 3 həftə öncə onu internetdə nümayiş etdirməkdə şübhəli bilinən 2 nəfəri həbs edib.
Həbs olunmuş şəxslərin adları açıqlanmasa da, qeyd olunur ki,
onlardan biri İngiltərənin şimal-qərb bölgəsində yerləşən Apton
şəhərinin 36 yaşlı sakinidir. Digəri isə 33 yaşlı İngiltərə
sakinidir.
Qeyd edək ki, hər iki şəxsi sorğu-sual etmək məqsədilə yerli polis
məktəqəsinə aparıblar.
Məlumat üçün bildirək ki, «Məblubedilməzlər 3» filminin kifayət qədər yaxşı keyfiyyətdə olan surəti premyeradan öncə, bu ilin iyul ayında internetdə yayımlanmışdı. Nəticədə, internert istifadəçiləri onu 10 milyon dəfə yükləyiblər. Elə bu səbəbdən də filmin prodüseri «Məblubedilməzlər 3»ün ABŞ prokatlarında fiaskoya uğradığını və sonuncu yerlərdən birində qərarlaşdığını bəyan edib. Belə ki, adıçəkilən filmin prodüseri Avi Lerner «Məblubedilməzlər 3»ün premyeradan əvvəl internetdə yayımlanması nəticəsində dəymiş ziyanı 250 milyon dollar civarında qiymətləndirib. Buna görə də o, yaxalanmış şəxsləri məhkəmə ilə hədələyib.
Nəzərinizə çatdıraq ki, «Məblubedilməzlər 3» filmində məşhur döyüş filmlərinin qəhrəmanı olan Silvestr Stallone, Jeyson Stetxem, Dolf Lunqren, Arnold Şvartsenegger və başqaları çəkilib.
Valeh
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR