Azərbaycanda 10 ən güclü zəlzələ - TARİX
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 10 ən güclü zəlzələ - TARİX

Azərbaycanda müxtəlif vaxtlarda dəfələrlə dəhşətli zəlzələlər baş verib. Modern.az saytı Azərbaycanda baş vermiş maqnitudasına görə ən böyük 10 zəlzələni diqqətinizə çatdırır:

Azərbaycanda müxtəlif vaxtlarda dəfələrlə dəhşətli zəlzələlər baş verib. Azərbaycanda baş vermiş maqnitudasına görə ən böyük 10 zəlzələni diqqətinizə çatdırıq:

1. Şamaxı zəlzələsi - 1667-cil il 6.9 bal gücündə. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhştli zəlzələ kimi qeyd edilir.

2. Şamaxı zəlzələsi - 1902-ci il 6.9 bal gücündə. Zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə-yeksan olub.

3. Gəncə zəlzələsi - 1139-cu il 6.3 bal gücündə. Güclü təkan nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Bəzi mənbələrə görə, 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub.

4. Şamaxı - 1859-cu il 5.9 bal gücündə. Zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağımışdı, buna görə Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülüb və quberniyanın özünün adı da yenilənib – Bakı quberniyası. Zəlzələ nəticəsində 100 nəfər dünyasını dəyişib. Məhz bu zəlzələnin gücü o qədər böyük olub ki, həmin hadisədən sonra “Şamaxı batan kimi” ifadəsi yaranıb.

5. Şamaxı zəlzələsi - 1669-cu il 5.7 bal gücündə. Zəlzələ nəticəsində 7 min insan dünyasını dəyişib.

6. Şamaxı zəlzələsi - 1828-ci il 5.7 bal gücündə. Ölən və yaralananlar haqda məlumat yoxdur.

7. Şamaxı zəlzələsi - 1872-ci il 5.7 bal gücündə. Zəlzələ şəhərdə dağıntılara səbəb olub.

8. Ağdaş - 1999-cu il. 5.4 bal gücündə. Zəlzələ nəticəsində insan itkisi olmasa da, 100-dən çox ev dağılıb, çoxlu sayda ev isə qəzalı vəziyyətə düşüb.

9. Bakı - 2000-ci il. 6.8 bal gücündə. Zəlzələ nəticəsində onlarla tikili dağılıb, çat verib, 30 nəfər dünyasını dəyişib.

10. Zaqatala zəlzələsi - 2012-ci il. 5.6 bal gücündə. Tikililərdə dağıntılar olub. İnsan tələfatı olmayıb. /moderin.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm