Qırmızı.az
“Azərkosmos” daha bir türk telekanalının yayımına başladı
“Azərkosmos” ASC Türkiyənin televiziya və radio kanallarına daha keyfiyyətli xidmət göstərmək üçün İstanbulda yerləşən “Teleport Uydu Hizmətləri” şirkəti ilə əməkdaşlığa başlayıb.
Publika.az-ın məlumatına görə, “Azerspace-1” peyki
vasitəsilə bu teleportdan artıq bir çox türk telekanalları
yayımlanır.
Hal-hazırda yayımlanan kanal tezlikləri 11015 / H / 30000 olmaqla,
kanallara “Azercosmos Promo”, “Euro D”, “Euro Star” TV, “TV 8-int,
“Show Turk”, NTV, “Can Azerbaycan” TV, “Yeni Shop” TV, “Kanal” 12
daxildir.
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC
rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya
xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü
ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən
idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital
mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və
Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində
orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən
ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. Şirkətin
strateji inkişaf planlarına gələcək illərdə ikinci
telekommunikasiya peykinin ortitə çıxarılması və Yer səthinin
məsafədən müşahidəsinə dair kommersiya xidmətlərinin göstərilməsi
daxildir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu