Qırmızı.az
Qış turizm mövsümü ayın sonunda açılacaq
Azərbaycanda hava şəraitinin qarlı keçib-keçməməsindən asılı olaraq, dekabrın 20-25-də qış turizm mövsümünün elan edilməsi planlaşdırılır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, nazirliyin Turizm şöbəsi Şahdağ Qış-Yay Turizm
Kompleksi İdarəsi ilə birlikdə turizm mövsümü ilə əlaqədar turizm
şirkətlərinin nümayəndələri üçün xüsusi treninqlər keçirəcək: "Həm
Şahdağ, həm də Tufandağda əsas narazılıqlar xizək sürülməsi üçün
geyimlərin verilməsi vaxtı ilə bağlı olur. Bunun üçün hər adama azı
15-20 dəqiqə xidmət etmək tələb olunur. Ona görə də birdən-birə
100-200 adama xidmət göstərmək olmur. Keçən il yanvarın 1-də 1800
adam xizək sürməyə gəlmişdi. İstər-istəməz növbələr yaranırdı".
Nazir qeyd edib ki, bu problemin həlli üçün bu il turizm şirkətləri
xizək sürməyə getmək istəyən insanların geyim ölçülərini qabaqcadan
alacaq və bu məlumatları Şahdağ Qış-Yay Turizm Kompleksinin
İdarəsinə verəcək. Bunun nəticəsində gələn turistlərə əvvəlcədən
hazırlanmış və nömrələnmiş geyimlər veriləcək.
Xidmətlərin qiymətləri barədə də məlumat verən Ә.Qarayev deyib ki,
bu il Şahdağ Qış-Yay Turizm Kompleksində xidmətlərin qiymətlərində
artım olmayacaq. Bu il burada daha çox ceşidli və keyfiyyətli
xidmətlərin təqdim edilməsi nəzərdə tutulur: "Keçən il həm Şahdağ,
həm də Tufandağda qış mövsümündə insanların əlindən tərpənmək
mümkün deyildi. Hansı sahibkar o qədər insan olduğu halda,
qiymətləri aşağı salar? Bu, mümkünsüzdür".
-
Sosial11:38
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR