Qırmızı.az
Büdcəsi 1 milyon manatdan artıq olan film çəkilir
Rejissor Vahid Mustafayevin 20 yanvar hadisələrindən bəhs edən "Qanlı yanvar" filminin yaradıcı heyəti ilə görüş keçirilir.
Publika.az-ın məlumatına görə, Bakıdakı Kempinski
otelində baş tutan görüşdə rejissor Vahid Mustafayevlə yanaşı,
çəkilişlərdə iştirak edən azərbaycanlı və xarici aktyorlar da
iştirak edirlər.
Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi
ilə başlayıb.
Görüşdə filmin çəkilişi və əhəmiyyəti haqqında məlumat verilib.
Filmin 20 Yanvar hadisələrinin 25 illiyinə həsr olunduğunu deyən
müəllif V.Mustafayev çəkiliş qrupu haqda da ətraflı danışıb: "Bu
çəkilişdə iştirak edən qrup beynəlmiləldir. Məşhur amerikalı aktyor
Leyn Devis, türk kinosunun canlı əfsanəsi Nebahet Çehrə, Rusiyanın
görkəmli aktyoru Yuri Balıyev, İrandan dəvət olunan kino-operator
Afşin Əlizadənin başçılıq etdiyi çəkiliş qrupu yerli
azərbaycanlılarla çalışıb.
Hər tərəfin öz həqiqəti və məsuliyyəti var. Mən də filmimdə bunları
göstərməyə çalışmışam".
O, özünün də iştirakçısı olduğu 1990-cı il hadisələrində, 134
azərbaycanlının qətlə yetirildiyini deyib.
Rejissor bildirib ki, adıçəkilən filmin bir çox ölkələrdə nümayişi,
festivallara göndərilməsi nəzərdə tutulub.
Vahid Mustafayev bildirib ki, filmin büdcəsi 1 milyon manatdan artıq olacaq.
"Yaxşı ki, filmdə çəkilmək təklifini qəbul etdim. Özümü evimdəki
kimi hissə edirəm", - deyə türk aktrisa Nebahat Çehrə deyib.
Təqdimatı 20 yanvar 2015-ci il ərəfəsində planlaşdırılan filmin
çəkilişləri hazırda davam edir. Qeyd edək ki, amerikalı jurnalist
"Viktor" rolunu Leyn Deviz, Nebahat Çehrə isə "iki oğul anası",
Balıyev isə Rusiyadan gəlmiş yüksək rütbəli məmuru canlandırır.
İntiqam VALEHOĞLU
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO