Qırmızı.az
Təhsil Nazirliyi şagirdlər arasında müsabiqə keçirir
Təhsil Nazirliyi “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı müsabiqə elan edib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən, I yerə layiq görülən əsərə görə 5000 (beş min), II yeri tutan əsərə görə 3000 (üç min), III yerə layiq görülən əsər üçün isə 1500 (min beş yüz) manat mükafat fondu müəyyənləşdirilib.
Müsabiqəyə təqdim edilən toplular çap olunmuş 3 (üç) nüsxədə və diskə yazılmış elektron variantı (PDF formatda) ilə birlikdə 1 iyun 2015-ci il tarixindən başlayaraq 1 (bir) ay müddətində qeydiyyat üçün Təhsil Nazirliyinə göndərilməlidir. Toplulara müəlliflərin indiyədək nəşr olunmuş əsərlərinin daxil edilməsinə yol verilmir.

Müsabiqəyə buraxılmış toplular mükafat yerlərinə uyğun qiymətləndirilmək üçün elektron variantda ümumi təhsil müəssisələrinə, tanınmış pedaqoqlara, qabaqcıl müəllimlərə göndəriləcək. Həmçinin, qeyd olunan əsərlər ictimaiyyətin rəyini öyrənmək məqsədilə Təhsil Nazirliyinin rəsmi internet saytında (http://www.edu.gov.az) yerləşdiriləcək. Rəy və mülahizələr[email protected] elektron poçtu vasitəsilə qəbul ediləcək.
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...