Qırmızı.az
DMX: Ermənilər özlərini Azərbaycan vətəndaşları kimi qələmə verirlər
Bəzi ölkələrdə qanunsuz yaşayan Ermənistan vətəndaşları özlərini qəsdən Azərbaycan vətəndaşları kimi qələmə verirlər.
Trend xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev Bakıda “Cənubi Qafqazda Səmərəli Readmissiya İdarəçiliyinin Yaradılmasının Dəstəklənməsi” layihəsi çərçivəsində qayıdış və readmissiya üzrə keçirilən beynəlxalq seminarın açılış mərasimində deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının müxtəlif ölkələrində yaşayıb işləyən Azərbaycan Respublikasının vətəndaşları var. Onların bir qismi bu ölkələrdə qanuni şəkildə yaşayırlar, digər qismi isə heç bir sənəd olmadan qanunsuz şəkildə yaşayır və həmin ölkələrin müvafiq saxlama mərkəzlərində uzun müddət qalırlar.
DMX-nin rəis müavini bəyan edib ki, bu şəxslərin hüquqlarının qorunması Azərbaycan hökümətinin üzərinə düşür və həmin şəxslərin vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tədbirlər görüləcək: “Çünki bizim əməkdaşlarımız həmin ölkələrin saxlama mərkəzlərində olarkən orada saxlanılan şəxslərlə bir sıra görüşlər keçirərkən məlum olub ki, həmin şəxslərin bir çoxu heç Azərbaycan Respublikasının vətəndaşları deyil, bir qismi Ermənistan vətəndaşlarıdır və özlərini Azərbaycan vətəndaşları kimi qərara verirlər. Onlar istəyirlər ki, həmin ölkənin müvafiq qurumları onların vətəndaşlıqlarını müəyyənləşdirə bilməsin”.
-
Sosial00:45
Elmar Məmmədyarov və Əbülfəs Qarayevdən Şuşada maraqlı söhbət - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər pisləşə bilər
-
Magazin100:00
“Deyirdi, get hamamda oxu” - FOTO/VİDEO
-
Nəqliyyat30 May 23:00
"1 manatlıq" taksi dövrü bitir - Cərimə yazılacaq
-
MDB30 May 22:24
İrəvan-Moskva aviareysində TƏHLÜKƏ: təyyarənin qapısını açmağa cəhd etdi - VİDEO
-
Magazin130 May 21:12
Nəzrinin bal ayı belə geçir - FOTO
-
Hadisə30 May 21:00
Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA: 4-cü kurs tələbəsi...
-
Səhiyyə30 May 20:12
Arıqlamaq üçün İNQİLABİ DƏRMAN - Oral forması da sınaqdan keçirildi