Qırmızı.az
Bakıda güclü külək əsəcək
Azərbaycanda hava iki gün küləkli olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentindən Publika.az-a verilən məlumata
görə, Bakıda və Abşeron yarımadasında dekabrın 6-da hava dəyişkən
buludlu keçəcək, arabir tutulacaq, səhər bəzi yerlərdə zəif duman
olacaq. Şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Dekabrın
7-də isə yenidən güclənəcək.
Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 1-3,
gündüz 4-6 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və
səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşam isə ayrı-ayrı qərb
rayonlarında yağıntı düşəcək. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,
gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15
dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti
proqnozlaşdırılır.
-
İqtisadi gündəm22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin120:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Hadisə19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək