Qırmızı.az
Zakir Həsənov HHQ-nin komanda məntəqəsində - FOTOLAR
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını yoxlamaq məqsədilə Mərkəzi Komanda Məntəqəsində olub.
Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrində qısa müddət ərzində döyüş hazırlığının yüksəldilməsi məqsədilə görülən işlər barədə Müdafiə nazirinə məruzə edib.
Ən müasir avtomatik idarəetmə sistemlərilə təchiz edilmiş Məntəqədə yaradılan şəraitlə tanış olan Müdafiə naziri Hərbi Hava Qüvvələri tərəfindən hava məkanındakı kəşfiyyat məlumatlarının toplanılması, təhlili, o cümlədən qərarların vaxtında qəbul edilməsinin vacibliyini şəxsi heyətin diqqətinə çatdırıb.
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin idarə edilməsi, iş bacarığının təkmilləşdirilməsi, modelləşdirmə proqramı əsasında Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyətlərini idarə edən heyətin praktiki vərdişlərinin artırılması, özünün və düşmən aviasiyasının, hava hücumundan müdafiə vasitələrinin imkanları, xüsusiyyətləri, döyüş tətbiqinin analiz edilməsi barədə Hərbi Hava Qüvvələri komandanlığı qarşısında tapşırıq qoyub.
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...