Qırmızı.az
Allahşükür Paşazadə ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
Dekabrın 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqanla görüşüb.
Publika.az-ın QMİ-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Paşazadə bildirib ki, dini tolerantlıq məsələsi Azərbaycanda insanların gündəlik həyat tərzidir. “Müxtəlif dinlərin liderlərinin şəxsi səmimi münasibətləri və sıx əməkdaşlığı bunun bariz göstəricisidir”.
Şeyxülislam Paşazadə 1992-ci ildən Qafqaz Xalqları Ali Dini Şurasının sədri olduğunu, bu qurumun çətiri altında müsəlmanlarla yanaşı, xristian və yəhudi icmalarının da birləşdiyini deyib.
ABŞ-ın müvəqqəti işlər vəkili Allahşükür Paşazadənin bir simvol olduğunu və tolerantlığın möhkəmlənməsində böyük rol oynadığını dilə gətirib.
Görüş zamanı tərəflər qarşılıqlı münasibətlər və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA