Qırmızı.az
Ermənilər Goranboyda evi yandırdılar - FOTO
Goranboy rayonunun təmas xəttində yerləşən
Tap-qaraqoyunlu kəndi bu gün Ermənistan silahlı qüvvələrinin
atəşinə məruz qalıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, atəş
nəticəsində kənd sakini Yalçın Quliyevə məxsus 2 mərtəbəli evdə
yanğın baş verib. Yanğın zamanı evdə ev sahibinin həyat yoldaşı və
iki körpə usagı olub.
Hadisə bu gün günorta saatlarında baş verib. Kənd sakinlərinin
sözlərinə görə qarşı tərəf əsasən yandırıcı güllələrdən istifadə
edib. Atılan güllələrdən biri evin ikinci mərtəbəsindəki otaqlardan
birində olan televizora dəyib və partlayış baş verib. Ev sahibinin
həyat yoldaşı Kamilə Quliyeva əvvəcə övladlarını bayıra
çıxarıb.
Evin sahibi Yalçın Quliyev həmin vaxt evdə olmadığını bildirib:
“Yas yerində idim, yoldaşım zəng elədi. Bu hadisə barədə mənə
məlumat verən kimi evə qaçdim.İçəri girmək istədim girə
bilmədim”.
Hadisə yerinə FHN-nin Naftalan şəhər yanğından mühafizə hissəsinin
əməkdaşları cəlb olunub. Alovun qonşu evlərə keçməsinin qarşısı
alınıb. Yalçın Quliyevə məxsus 120 kvm lik evin 100 kvm əşyaları
ilə birgə tamamilə yanıb.
Naftalan şəhər yanğından mühafizə hissəsinin rəisi ,Elçin Quliyev:”
Məlumat daxil olmuşdu 12:14 dəqiqədə.Tez zamanda hadisə yerinə
çixmişıq. Gördüyünüz kimi yanğının qarşısı alınıb. Xəsarət alan
olmayıb”
Goranboyun Tap–qaraqoyunlu kəndi Ermənistan silahlı birləşmələrinin
yerləşdiyi ərazindən 400 metr aralıdadır. Evlərin qarşı tərəfin
mövqelərinə baxan istiqamətdə istinad divarları çəkilsə də bu hər
zaman dinc əhalini təhlükədən qorumur. Sakinlərin sözlərinə əsasən
son bir həftə əzində qarşı tərəf müntəzəm olaraq kəndi atəşə məruz
qoyur. Atəşkəsin pozulması nəticəsində kənd sakinləri arasında ölən
və yaralanan olmayıb.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...